Komitə sədri BMT-nin nümayəndəsi ilə görüşüb

komite-sedri-bmt-nin-numayendesi-ile-gorusub-
Oxunma sayı: 814


DQİDK-nin Mətbuat Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüş zamanı iki qurum arasında əməkdaşlığı nəzərdə tutan 2013-cü ilin sentyabrın 27-də imzalanmış Anlaşma Memorandumuna əlavə olaraq Fəaliyyət Planı üzərində razılıq əldə edərək paraflayıblar. Sözügedən fəaliyyət planı DQİDK ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında mədəniyyətlərarası və dinlərarası dialoq, sülh təhsili və vətəndaş cəmiyyətinin gücləndirilməsi sahələrində birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Fəaliyyət Planı uyğun prosedurlar tamamlandıqdan sonra imzalanacaq və qüvvəyə minəcək. E


E.İskəndərov mətbuata açıqlamasında Azərbaycanın BMT-nin Sivilizasiyaların Alyansı ilə əməkdaşlığa önəm verdiyini və bugünədək BMT-nin Sivilizasiyaların Alyansı çərçivəsində həyata keçirilən bir çox tədbirə ev sahibliyi etdiyini söyləyib. Bu istiqamətdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın himayəsində 2007-ci ildə Bakıda təşkil edilən “Gənclər Sivilizasiyaların Alyansı uğrunda” Yüksək Səviyyəli Konfransı və bu təşəbbüsün 2011-ci ildə Bakıdakı Birinci Sivilizasiyalararası Forumu zamanı beynəlxalq gənclər hərəkatına çevrilməsini xüsusilə qeyd edib. BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Al-Nassir Azərbaycanla əməkdaşlıq etməkdən məmnun olduğunu və bu əməkdaşlığın Fəaliyyət Planında razılaşdırılan konkret layihələrlə daha da genişləndirilməsi üçün işlərin davam etdiriləcəyini bildirib.