Komitə sədri Ərəbistanda

komite-sedri-erebistanda
Oxunma sayı: 644

“Qafqazinfo” xəbər verir ki, işgüzar və səmimi şəraitdə keçən görüşdə Elşad İskəndərov səfərə rəsmi dəvətə görə təşəkkürünü bildirib, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında mövcud olan dostluq münasibətlərinin hazırkı durumundan məmnunluğunu ifadə edib. Dövlət Komitəsinin sədri Səudiyyə Ərəbistanının beynəlxalq platformada Azərbaycanın haqlı mövqeyinə, ölkəmizin ərazi bütövlüyünə verdiyi dəstəyə görə nazirə təşəkkürünü bildirib.

Daha sonra E. İskəndərov Azərbaycanda dövlət-din münasibətləri, DQİDK-nın son dövrlərdə gördüyü işlər, dini maarifləndirmə sahəsində yeni təşəbbüslər, dövlətimizin milli-mənəvi və dini-tarixi dəyərlərin qorunması, inkişaf etdirilməsi istiqamətində dəstəyi barədə ətraflı məlumat verib.

Öz növbəsində Şeyx Saleh bin Əbdüləziz bin əl-Şeyx Səudiyyə Ərəbistanındakı tarixi-dini ənənələr, dövlətin din siyasəti, rəhbərlik etdiyi nazirliyin strukturu, həyata keçirdiyi işlər, barəsində geniş danışıb.

Söhbət zamanı əməkdaşlıq perspektivləri, hər iki dövlət qurumunun birgə reallaşdıra biləcəyi layihələr, müzakirə olunmuş, müvafiq razılıqlar əldə edilib.
Görüşdə xüsusilə müasir dünyada mövcud olan islamafobiya, radikal dini dünyagörüşləri müzakirə edilib, bu istiqamətdə görülə biləcək birgə işlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşün sonunda müzakirə edilmiş əməkdaşlıq imkanlarının əks olunacağı memorandum layihəsinin hazırlanması barədə razılığa gəlinib.