Komitə sədri Şamaxı Cümə məscidində

komite-sedri-samaxi-cume-mescidinde-
Oxunma sayı: 1340


Qurumdan “Qafqazinfo”ya verilən xəbərdə bildirilir ki, məscidin yeni dini icması tərəfindən yaradılmış kitabxanaya Dövlət Komitəsinin kitabxanasından 100 adda ədəbiyyat təqdim edilib. Dövlət Komitəsinin sədri Şamaxı Cümə məscidinin yeni dini icmasının üzvləri ilə görüşüb. Görüş zamanı dini icma üzvləri bildiriblər ki, DQİDK tərəfindən dini maarifləndirmə sahəsində geniş işlərin aparılması, dini icmalarla müntəzəm sıx əlaqələrin qurulması, ilk dəfə olaraq dini icmaların sosial layihələrə cəlb olunması, dindarlar arasında vətənpərvərlik hissinin, tolerantlıq ənənələrinin təbliği sahəsində həyata keçirilən kompleks tədbirlər diqqətəlayiqdir.