Komitə Zaqatalada kampaniya keçirdi

Komitə Zaqatalada kampaniya keçirdi
Oxunma sayı: 14

Əmlak Məsələləri Dövlət Komitəsi Zaqatala rayonu və onun bir neçə kəndində  “Kütləvi çıxarış” kampaniyası keçirilib.

Komitədən “Qafqazinfo”ya daxil olan xəbərə görə, kampaniya nəticəsində 60-a yaxın rayon sakininə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Kampaniya çərçivəsində mobil ofislərə müraciət edən 50-dən çox sakindən isə öz əmlaklarına dair çıxarış almaq üçün ilkin hüquq müəyyənedici sənədlər qəbul edilib. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyətyanı torpaq sahələrini əhatə edib. 

Kampaniya çərçivəsində daşınmaz əmlaklarına çıxarış almaq üçün müraciət edən, lakin ilkin sənədləri qaydasında olmayan və çatışmazlıqlar olan bir qrup kənd sakininə hüquqi yardım xidmətləri də göstərilib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi