Komitədə açıq qapı

komitede-aciq-qapi
Oxunma sayı: 656


“Qafqazinfo” Komitənin saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Məlumatların yayılması şöbəsi və Aparatın sahə şöbələri tərəfindən məlumat istifadəçilərinin statistik informasiya ilə təmin olunması məqsədilə 21 iyun 2013-cü il tarixində saat 10.00-dan-17.00-dək (nahar fasiləsi 13.00-dan-14.00-dək istisna olmaqla) “Açıq qapı” günü - keçiriləcək.

“Açıq qapı” günü çərçivəsində ictimaiyyəti, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrini maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılacaq.