Komitədə andiçmə mərasimi

komitede-andicme-merasimi
Oxunma sayı: 640

QKDK-nın İctimaiyyətlə əlaqələr sektorundan “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə çıxış edən Komitə sədri Rüfət Aslanlı dövlət qulluğu və dövlət qulluqçusunun vəzifəsinin məsuliyyətindən danışaraq,ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən əməkdaşların andının dövlətə sadiqliyiningöstəricisi olduğunu bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra daimi dövlət qulluğuna qəbul edilən əməkdaşlara staj və sınaq dövründəki fəaliyyətlərinə istiqamət verən təcrübəli dövlət qulluqçuları çıxış ediblər və ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən gənclərə öz tövsiyələrini veriblər.
Tədbirin davamında ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən əməkdaşlar Azərbaycan Respublikasının dövlət bayrağı altında və Azərbaycan Respublikasının Konstitusiyasına əl basaraq təntənəli sürətdə and içiblər.
Sonda komitənin sədri and içən hər bir əməkdaşa daimi dövlət qulluğuna qəbulu təsdiq edən Şəhadətnamələri təqdim edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Nigar Məmmədli