Komitədən Fuad Abbasovla bağlı açıqlama

komiteden-fuad-abbasovla-bagli-aciqlama
Oxunma sayı: 2020

Diasporalarla İş üzrə Dövlət Komitəsi Rusiyada saxlanılan azərbaycanlı  jurnalist Fuad Abbasovla bağlı məlumat yayıb.

“Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Fuad Abbasov Moskva Vilayətinin Korolyev şəhər dairəsi üzrə Rusiyanın DİN İdarəsinin xarici vətəndaşlar üçün müvəqqəti saxlanma Mərkəzində saxlanılır.

Xaricdə yaşayan hər bir soydaşımızın problemi Dövlət Komitəsinin diqqət mərkəzindədir. Dövlət Komitəsi olaraq, hər zaman çalışırıq ki,  xaricdə yaşayan soydaşlarımız dövlətimizin onun yanında olduğunu hiss etsin.  

Konkret olaraq, Sizi maraqlandıran məsələlər  - Fuad Abbasovun hazırkı vəziyyəti, nə vaxt deportasiya ediləcəyi və saxlanma şəraiti ilə bağlı daha müfəssəl informasiyaları isə onun vəkilindən öyrənmək olar.

Günel Türksoy