Kommunal borclarınızla bağlı sualınız var?

kommunal-borclarinizla-bagli-sualiniz-var
Oxunma sayı: 1443

Xəzər 103 FM və Myvideo TV-də yayımlanan “Danışır xəzər” proqramında günün müzakirəsi beynəlxalq çay günü ilə bağlıdır.

“Qafqazinfo” xəbər verir ki, 18:00-da yayımlanacaq proqramda günün sualı isə “Biz çay içirik, bəs siz?” olacaq.

Siz də müzakirəyə, oyunlara qoşulmaq və kommunal borcların ödənilməsi ilə bağlı suallara cavab tapmaq üçün *8103 nömrəsi ilə əlaqə saxlaya bilərsiz.

Qeyd edək ki, proqram Fira və Azərin təqdimatında həftə içi hər gün saat 18:00-20:00-a kimi yayımlanır. Proqram Azərbaycanda ilk və yeganə sosial radio şousudur. İki saat ərzində dinləyicilərin və izləyicilərin kommunal borcları ödənilir, işsizlərin işlə təminatına aparıcılar cavabdehlik daşıyır. Bundan başqa, 103 FM-in instaqram səhifəsində (@xezer103fm) düşünüdürü suallar paylaşılır, doğru cavab verənlər mükafatlandırılır.

Verilişin informasiya dəstəkçisi “Qafqazinfo” saytıdır.