Kommunistlər Ukraynaya toplaşır

kommunistler-ukraynaya-toplasir
Oxunma sayı: 647

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda AKP MK sədri Rauf Qurbanov keçən dövr ərzində AKP –də görülən işlər barədə büro üzvlərinə geniş və ətraflı məlumat verib və cari ildə qarşıdan gələn dövr üçün AKP – nin qarşısında duran mühüm və əsas vəzifələr barədə danışıb.

O, Kommunist Partiyalar İttifaqı – Sovet İttifaqı Kommunist Partiyasının (KPİ-Sov.İKP) dəvəti ilə avqust 19-20 –də RFKP və Ukrayna KP təşkilatçılığı ilə Ukrayna Respublikasının Donesk şəhərində “SSRİ-nin parçalanmasının 20 illiyi”nə həsr olunmuş
“Qardaş xalqların xilası birlikdədir” devizi altında keçiriləcək beynəlxalq forumda iştirakı müzakirə olunaraq yekdilliklə təsdiq edilib. Forum çərçivəsində KPİ-Sov.İKP daxil olan respublika komitələrinin rəhbərlərinin görüşü, mətbuat konfransı, Lenin meydanında geniş miqyaslı mitinq – konsert nəzərdə tutulur. Foruma MDB ölkələrinin parlamentariləri, keçmiş SSRİ-nin dövlət xadimləri, gənclər, qadınlar, müharibə və əmək veteranları təşkilatının nümayəndələri və o cümlədən Beynəlxalq Zabitlər İttifaqının üzvləri və incəsənət xadimləri də qatılacaqlar.