Konçitadan Sergeyə dəstək

koncitadan-sergeye-destek
Oxunma sayı: 1973

Avstriya müğənnisi, “Eurovision-2014”ün qalibi Tomas Noyvirt (Konçita Vurst) “Eurovision-2019” mahnı müsabiqəsinin Rusiya təmsilçisi Sergey Lazarevə dəstək olub.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Konçita Sergeyə uğur arzu edib və etiraf edib ki, onun dramatik mahnısı çox xoşuna gəlib.

“Bu mahnı xoşuma gəlir. Çox dramatikdir, mən isə dramı sevirəm”, - Konçita qeyd edib.

Konçita onu da əlavə edib ki, Rusiya təmsilçisi müsabiqənin favoritlərindən biridir.