“Kondisioneri söndürmürlər, adamın boynu tutulur...”

“Kondisioneri söndürmürlər, adamın boynu tutulur...”
Oxunma sayı: 1540

“Restoranlarda keçirilən toylarda bahalı yeməkləri süfrəyə gətirməyi sona saxlayırlar. Bununla da restoran sahibləri öz vəsaitinə qənaət edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamanetdə çıxışında deyib. 

 O qeyd edib ki,  toya əgər 400 nəfər adam dəvət olunubsa, 35 manatlıq balıq kababının pulu qonaqların hamısından alınmış olsa da, sonda həmin kabablar 200 nəfərə verilir: “ Həmçinin restoranlarda  kondisionerləri söndürmürlər. Adam da toyda boynunun tutulduğunu hiss edir və salonu tərk edir. O cümlədən bir salonda səkkiz səsucaldıcı vasitədən istifadə olunur. Adamların başı da buna dözmür. O vaxt Azadlıq Meydanındakı mitinqlərdə iki dənə səsucaldıcı qoyulurdu. Səs Şıxov çimərliyinə qədər gedib çıxırdı. İndi isə restoranlara nəzarət edən yoxdur. Səslərə fiziki cəhətdən insan orqanizmi tab gətirə bilmir və qonaqlar tez salonu tərk edirlər. Ölkədə xərçəng xəstəlyi geniş yayılıb. Bəlkə bu faktorun da bu məsələdə rolu cvar. Bunu araşdırmaq lazımdır”.

Spiker Oqtay Əsədov  çıxışa reaksiya verərək bildirib ki, şadlıq saraylarında səs məsələsi bir neçə dəfə qaldırılıb: “ İndi ölkədə çoxlu bahalı şadlıq sarayları  var. Ancaq bəziləri akustik normalarına uyğun şəkildə dizayn edilib. O yemək məsələsini isə mən bilmirəm. Hər halda bu məsələyə diqqət yetirmək lazımdır”.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi