Kondisionerli tabutlarla bağlı yenilik: - musiqi də var

kondisionerli-tabutlarla-bagli-yenilik-
Oxunma sayı: 1278


“Qafqazinfo” ANS TV-yə istinadən xəbər verir ki, kondisonerli tabutlar adamlara cəhənnəm odunda yanmaqda kömək edə biləcək, ya yox, amma indi yeni tabutlar çoxlarının marağındadır.

Kondisionerli tabutlar Türkiyənin Sivas bölgəsində istehsal edilir və İngiltərə, Fransa, Livan, Küveyt, Banqladeş, Şri-Lanka kimi 10-a yaxın ölkəyə idxal olunan bu tabutlarla Azərbaycandan da maraqlananlar var.

Həmin tabutlarda temperatur mənfi 5 dərəcəyə qədər ola bilər. Elektriklə işləyən tabutun üst hissəsində xüsusi nəzarət pəncərəsi yerləşdirilib. Həmin pəncərədən meyidə baxmaq mümkündür. Müasir tabutun üstünlükləri bununla da bitmir. Üzərinə quraşdırılan fləşkart vasitəsilə, hətta azan və dini musiqi belə dinləmək mümkündür.

İstehsalçılar deyir ki, bu azan və musiqilərdən dəfn zamanı din xadimi həmin ərazidə yoxdursa, istifadə oluna bilər. Ən maraqlısı isə tabuta quraşdırılan siqnalizasiya sistemidir. Kliniki ölüm keçirən şəxs özünə gələrsə, bu zaman siqnal sistemi işə düşür.

Şirkət əməkdaşının sözlərinə görə, tabutda titrəmə yaradan siqnal sistemi quraşdırılıb, bu sistem imkan verir ki, ölu əgər dirilərsə, yaxınlarını xəbərdar etsin.

Din xadimləri isə bildirir ki, İslam dini sadəliyi sevir və ölüyə verilən bu bər-bəzək yalnız biznes məqsədi daşıyır. Dində isə bu günah və yolverilməzdir. 

İstehsalçı “Qorxmaz İnoks” şirkətindən isə ANS-ə bildirildi ki, bu tabutu daha çox uzaq yerlərdən yaxınlarının nəşini öz ölkəsinə aparmaq istəyən şəxslər sifariş verir. İstehsal qiyməti isə, nə az nə çox 1400 ABŞ dollardır və bu günə qədər Türkiyədən xaricə 400 min ABŞ dollar dəyərində kondisionerli tabutlar ixrac edilib.