“Konkret və dəqiq qərarlar veriləcək” - Prezident

konkret-ve-deqiq-qerarlar-verilecek-prezident
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, görüşdə prezident İlham Əliyev görüş iştirakçılarına müraciətlə edib: “Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Bu Sizin Azərbaycana birinci səfərinizdir və mən əminəm ki, səfərin çox gözəl yekunları olacaqdır. Biz Sizinlə artıq geniş fikir mübadiləsi apardıq və görürük ki, bütün sahələrdə birgə əməkdaşlıq üçün çox gözəl imkanlar vardır.

Mən əminəm ki, Sizin səfəriniz bizim siyasi əlaqələrimizi daha da möhkəmləndirəcək. Əlbəttə, bu əlaqələr iqtisadi sahədə əlaqələrin inkişafına güclü təkan verəcək. İqtisadi sahədə artıq birgə fəaliyyət üçün gözəl təcrübəmiz var. Əminəm ki, səfər zamanı yeni layihələr haqqında konkret və dəqiq qərarlar veriləcək. Xüsusilə energetika, nəqliyyat, investisiyaların qoyuluşu sahələrində əməkdaşlıq üçün çox gözəl perspektivlər var.

Əminəm ki, Sizin səfəriniz bütövlükdə Serbiya-Azərbyacan əlaqələrinin inkişafı üçün çox əhəmiyyətli olacaqdır və Siz ölkənizə ən xoş arzularla, təəssüratlarla qayıdacaqsınız”.

Serbiya Respublikasının prezidenti Tomislav NİKOLİÇ səmimi qəbul üçün minnətdarlığını bildirib: “Cənab Prezident, hesab edirəm ki, Serbiyanın Azərbaycana olan mehriban münasibətlərini əlavə şərh etməyə ehtiyac yoxdur.
Bu dostluq Serbiyada kimin hakimiyyətdə olmasından asılı olmayaraq daimi olaraq qalır. Dünyanın Şərq hissəsində Azərbaycan Serbiya üçün çox etibarlı bir tərəfdaşa çevrilib.

Müdrikliklə idarə etdiyiniz ölkədə vətəndaşlar azadlıq şəraitində yaşayır. Hesab edirəm ki, hər iki tərəf bu dostluqdan bəhrələnir və vaxt artıq gəlib yetişib ki, biz bu dostluğu konkret iqtisadi əməkdaşlığa çevirək. Serbiya əslində bunu hər zaman sizə təmənnasız edəcəkdir. Biz də istəyirik ki, siz bizə yardım edəsiniz ki, bu günə qədər apardığımız işlərin miqyasını daha da genişləndirək. Hesab edirəm ki, ölkələrimiz arasında olan birbaşa sərmayələr uzun perspektivli investisiyalara çevrilə bilər.