Konqoda qəbilə müharibəsi - 3 gündə 890 nəfər öldü + Fotolar

konqoda-qebile-muharibesi
Oxunma sayı: 2173

Konqo Demokratik Respublikasının Mai-Ndombe əyalətinin Yumbi bölgəsindəki 4 kənddə iki qəbilə arasında atışma olub.

“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, Banunu və Batende qəbilələrinin üzvləri arasındakı 3 günlük atışmada 890 nəfər ölüb, 82 nəfər yaralanıb.

Həmçinin, iki məktəb, iki səhiyyə ocağı, bazar və seçki məntəqəsi də daxil olmaqla ümumilikdə 485 ev və bina yandırılıb və ya yağmalanıb.

Atışma səbəbindən 16 min nəfər evindən didərgin düşüb.

BMT-nin İnsan Haqları üzrə ali komissarı Mişel Baxelet dərhal cinayətin istintaqının aparılmasını və səbəbkarların məsuliyyətə cəlb edilməsini tələb edib.