Konqres Trampı hədəf aldı - İrana görə

konqres-trampi-hedef-aldi
Oxunma sayı: 1635

ABŞ Konqresinin hüquq komitəsinin baş demokratı Dayenn Faynstayn prezident Donald Trampın İrana qarşı sərt sanksiyalar tətbiq etməsini qınayıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, senatorun fikrincə, bu sanksiyalar münaqişənin diplomatik yollarla həllinə mane olur. Qarşılıqlı təhqirlər tənzimlənməni əlçatmaz edir. O həmçinin, bildirib ki, Tramp administrasiyası “eskalasiya dövrü”nü qurtarmalıdır. Faynstaynın sözlərinə görə, ABŞ ilkin şərtlər olmadan İranla dialoqa girməlidir.

Konqresin daha iki senatoru – demokrat Ro Hanna və respublikaçı Mett Qets isə Trampın İrana hərbi əməliyyatlara başlamasının qarşısını almaq üçün hərbi büdcəyə düzəlişlər edilməsini təklif ediblər. Bu düzəlişlər həmin əməliyyatların maliyyələşdirilməsinə imkan verməməlidir.