Konqres üzvü 20 Yanvar və Xocalı faciəsi ilə bağlı bəyanatla çıxış edib

konqres-uzvu-20-yanvar-ve-xocali-faciesi-ile-bagli-beyanatla-cixis-edib
Oxunma sayı: 932

ABŞ-ın Nyu Cersi ştatını təmsil edən demokrat Konqres üzvü Donald Peyn 20 Yanvar və Xocalı faciələrinin ildönümü ilə bağlı bəyanatla çıxış edərək bu faciələrdə həyatını itirmiş insanların xatirəsini yad edib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

ABŞ Konqres üzvü Peyn bəyanatında 1991-ci ildə müstəqilliyini bəyan edən Azərbaycanın paytaxtı Bakı şəhərinə Sovet hökumətinin 1990-cı ilin 20 yanvar tarixində qoşun yeridərək çoxsaylı insanın həyatına son qoyduğunu vurğulayıb.

O, həmçinin Xocalıda həlak olmuş insanların xatirəsini yad edərək, həyatını itirmiş şəxslərin xatirəsinin əbədiləşdirilməli olduğunu qeyd edib. 

D. Peyn sonda planetimizdə azadlıq uğrunda müharibələrdə həlak olmuş bütün insanların ABŞ Konqresi tərəfindən ehtiramla yad edilməli olduğunu vurğulayıb.