Konsertində terrorçuların fotosunu göstərdi - Cinayət işi açıldı

konsertinde-terrorcularin-fotosunu-gosterdi
Oxunma sayı: 1177

Türkiyənin ustad sənətçisi Alpay terrorçuları dəstəkləməkdə ittiham edilib.  “Qafqazinfo” xəbər verir ki, səhnə fəaliyyətinin 50 illiyini konsert verərək qeyd edən müğənnidən polisə şikayətlər daxil olub. 

Buna səbəb Alpayın çıxışı zamanı səhnədə terror ittihamı ilə həbs olunan Deniz Gezmiş, Yusuf Aslan, Hüseyin İnan və Berkin Elvanın fotolarının monitorda göstərilməsi və onlara mahnı həsr etməsi olub. 

Tamaşaçılar onun bu addımından narahat olaraq polis şöbəsinə gedərək şikayət ərizəsi yazıblar. Polis məsələ ilə bağlı cinayət işi açıb.