Konsul faciəvi şəkildə öldü

konsul-facievi-sekilde-oldu
Oxunma sayı: 644

Anspress-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin qərbindəki Barra rayonunda, Rezerva okean çimərliyində baş verib.
Okeanda üzən Sergey Qurevskinin üzərinə güclü dalğa gəlib və okeana doğru çəkib. Onun müqavimət göstərməyə gücü yetməyib. Xilasedicilər konsulu sudan ağır vəziyyətdə çıxarıblar və hospitala göndəriblər. Lakin Sergey Qurevskinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Sergey Qurevskinin müqaviləsi yanvarın 4-də bitib və o, evə qayıtmağa hazırlaşırmış.