Konsulumuz Gömrük rəisinin həbsindən danışdı

konsulumuz-gomruk-reisinin-hebsinden-danisdi
Oxunma sayı: 3412


H. Zeynalov azərbaycanlı məmurun məsuliyyətə cəlb olunacağı təqdirdə cəzasını Türkiyədə, yoxsa Azərbaycanda çəkəcəyi məsələsinə də münasibət bildirib.“Hələ istintaq indi başlayır, məsələ tam məlum deyil. Hər şey aydınlaşdıqdan sonra bunlar barəsində danışmaq olar. İndi hələ tezdir”-deyə baş konsulumuz qeyd edib. 

Qeyd edək ki, Naxçıvanın Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidov İstanbuldan Qarsa gələndə təyyarədən endikdən sonra rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində saxlanılıb. 

Xatırladaq ki, Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə bildirilib ki, məsələyə ilə bağlı araşdırma aparılır. Həmçinin, Azərbaycanın Qarsdakı Baş Konsulluğunun əməkdaşlarının azərbaycanlı məmurun saxlanması məsələsini yaxından araşdırdığı, onların Mirməhəmməd Seyidovun ifadə verməsi prosesində iştirak etdikləri deyilir.