Kontakt karate inkişaf etdirilir

kontakt-karate-inkisaf-etdirilir
Oxunma sayı: 1005

“Qafqazinfo”nun verdiyi məlumata görə, 2005-ci ildən Yevlax şəhərində Çoxmübarizəli İdman Döyüş Növləri Federasiyası Vüqar Muradov və 5-ci dan qara kəmər ustası Xaləddin Şirinovun rəhbərliyi ilə fəaliyyət göstərir. Gənc idmançılardan Aran idman klubunu müəllimi, 2-ci dan qara kəmər ustası Ceyhun Hacıyev isə 2000-ci ildən bu idman növü ilə məşğul olur. O, on dəfə Azərbaycan çempionu, bir neçə dəfə Gürcüstanda və Tükiyədə keçirilən beynəlxalq turnirlərin qızıl mükafatçısı olub. 2011-ci ilin oktyabr ayında Polşanın Nokolov şəhərində 15 ölkənin qatıldığı açıq Avropa Çempionatında Ceyhun Hacıyev və onun tələbəsi Cavid Əsədov Azərbaycanı təmsil edib. Cavid Əsədov bütün döyüşləri nakaut keçirərək 1-ci yerə çıxıb. Bu yarışdan sonra Ceyhun Hacıyev Avropa ikincisi, tələbəsi Cavid Əsədov isə Avropa birincisi olaraq Azərbaycana donüblər.

Göyçay şəhər Olimpiya Kompleksində keçirilən Çoxmübarizəli İdman Döyüş Növlərinin Azərbaycan çempionatında iştirak edən on tələbənin doqquzu bu yarışın qalibi olaraq 3 nəfəri 1-ci yer, 6 nəfəri isə 2-ci yerə layiq görülüblər.

Tələbələrdən Vüsal Rəhimov Azərbaycan çempionu, Əşrəf Yusifov Azərbaycan ikincisi, Faiq Əsədov 4 dəfə Azərbaycan çempionu, Kamil Salahov isə 5 dəfə Azerbaycan çempionu və həmçinin Gürcüstanın Tibilisi şəhərində keçirilən Beynəlxalq turunun qızıl mükafatçısı adlarına layiq görülüblər.

Qeyd edək ki, bu ilin iyul ayında Gürcüstanda keçiriləcək 5 ölkənin qatıldığı Beynəlxalq turnirdə Aran idman klubunun idmançıları iştirak edəcək. Təmsilçilərimiz Gürcüstanda keçiriləcək Beynəlxalq turnirdə Ermənistan komandası ilə də qarşılaşa bilərlər.