Könül Muxtarova “Lider”dən getdi

konul-muxtarova-liderden-getdi
Oxunma sayı: 2975

Aparıcı Könül Muxtafova “Lider”dəki fəaliyyətinə son qoyub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Axşam.az-a açıqlamasında aparıcı özü deyib.

O bildirib ki, artıq yeni bir kanalda fəaliyyətə başlayıb: “Mənim arxamda dayananım olmayıb. Hər zaman öz bacarığıma görə hansısa yerə iş üçün dəvət almışam. Sentyabrdan “Lider”də olmayacağam. Başqa kanalda efirə çıxacağam. Hansı kanal olduğunu açıqlamayacağam. Hazırda anons çəkilişləri gedir”.