Könül Şamilqızının “İstiqlal həsrəti”

Könül Şamilqızının “İstiqlal həsrəti”
Oxunma sayı: 1117

Türkiyədə yaşayan jurnalist Könül Şamilqızının yeni kitabı işıq üzü görüb.

“Qafqazinfo” xəbər verir ki, türkcə nəşr olunan “İstiqlal həsrəti” adlı antologiyada Azərbaycanın mühacir ədəbi nümunələri (poeziya) toplanıb. 

Antologiya Azərbaycan Kültür Dərnəyinin yayın orqanı olan “Azərbaycan” dərgisinin 1952-ci ildə çıxan ilk sayından Azərbaycanın müstəqilliyə qovuşduğu 1991-ci ilin oktyabrına qədərki dövrdə yayınlanan şeirləri əhatə edir. 

Kitabda 101 şəxsə aid 409 şeir yer alıb. Şeirlərin hamısı Azərbaycanla, istiqlalla, bayraqla, vətən həsrəti ilə bağlıdır.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi