Könül Xasıyevaya təhqirmi, dəstəkmi?.. - Video

konul-xasiyevaya-tehqirmi-destekmi
Oxunma sayı: 6385

Ağır xəstəlikdən əziyyət çəkən Xalq artisti Könül Xasıyevanın sosial şəbəkələrdə müzakirələrə səbəb olan videosu yayılıb. “Qafqazinfo” xəbər verir ki, görüntülər müğənni Mətanət Əsədovanın ad günündə lentə alınıb. 

Azərbaycanda şadlıq məclislərində müğənniyə şabaş vermək ənənəsi onu alqışlamağın bir forması kimi başa düşülsə də, bu dəfə yaranmış situasiya acınacaqlı mənzərəyə səbəb olub. Belə ki, ağır  xəstəlikdən əziyyət çəkən Könül Xasıyevaya şou-biznes nümayəndələrinin məclisdə növbəyə duraraq nümayişkaranə bir şəkildə pul verməsi, bu mənzərəni telefona çəkməsi təhqiredici bir durum yaradıb.

Hətta ad günü sahibəsi sənətçiyə uzatdığı 200 manatlıq əsginazı əlində yellədərək təqdim edib. Bu isə açıq-aşkar xəstəlikdən əziyyət çəkən sənətçiyə dəstək yox, sanki sədəqə uzatmaq anlamı yaradıb. Bəlkə də, onlar bu ucuz reklamın təhqiramiz görüntü yaratdığının fərqində olmayıblar.

Yayılan görüntüləri əlavə şərh vermədən təqdim edirik: