“Konvensiyanın imzalanması Xəzərlə bağlı bütün danışıqlarda rekorddur” - Lavrov

konvensiyanin-imzalanmasi-xezerle-bagli-butun-danisiqlarda-rekorddur
Oxunma sayı: 1303

Qazaxıstanda “Xəzər beşliyi”nin Xəzərin statusu ilə bağlı Konvensiyanın və bir sıra hökumətlərarası sazişlərin imzalanması ilə nəticələnən görüşü Xəzərlə bağlı bütün danışıqlarda rekorddur.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib: “5 ölkə lideri mətbuata açıqlamasında görüşlə bağlı ən yüksək qiymətləndirmələri verdilər. “Tarixi” və “epoxal” hadisə ifadələri səsləndi. Bu, şişirdilmiş söz deyil. Bu sahədə 22 il iş getdi, adi məsələ deyil. Əvvəlcə fərqli baxış bucaqları var idi: Xəzər dənizdir, yoxsa, göl?”. 

Nazirin sözlərinə görə, Aktauda Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması hələ həll edilməmiş məsələlərin yekun razılığı üçün təməl oldu. 

Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib. Toplantıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.