“Kopenhagen” “Qarabağ” azarkeşlərinə müraciət etdi

“Kopenhagen” “Qarabağ” azarkeşlərinə müraciət etdi
Oxunma sayı: 96

“Kopenhagen” Çempionlar Liqasının pley-off mərhələsində keçirəcəyi oyunlarla əlaqədar “Qarabağ” azarkeşlərinə müraciət edib. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı Danimarka klubun saytında rəsmi açıqlama yerləşdirilib.

Ağdam komandası fanatlarına avqustun 23-də Bakı vaxtı ilə saat 22:45-də cavab oyununun təşkil olunacağı “Parken” stadionunda daxili nizam-intizam, bölgü və təhlükəsizlik qaydaları çatdırılıb. O da  qeyd olunub ki, qonaq komanda tərəfdarları biletləri yalnız “Qarabağ” vasitəsilə əldə edə bilərlər.

“Parken” stadionu 38 min tamaşaçı tutumuna malik olduğunu nəzərə alsaq,  “Qarabağ” azarkeşləri üçün 1900 nəfərlik sektor ayrılacaq.

Xatırladaq ki, ilk oyun avqustun 15-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da keçiriləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi