“Kopenhagen” – “Qarabağ” matçına nə qədər bilet satılıb?

kopenhagen-qarabag-matcina-ne-qeder-bilet-satilib
Oxunma sayı: 1075

UEFA Çempionlar Liqasının pley-off matçında “Qarabağ” sabah səfərdə “Kopenhagen”lə qarşılaşacaq. “Qafqazinfo” xəbər verir ki, bu matça bilet satışı davam edir.

Klubun rəsmi saytı vasitəsilə satışa çıxarılan biletlərin artıq xeyli hissəsi satılıb. Matçın keçiriləcəyi 40 minlik “Parken” stadionunda 3944 bilet hələ də öz alıcısını gözləyir. 36 min 65 bilet isə satılıb. 

Qeyd edək ki, sözügedən matç avqustun 23-ü, saat 22:45-də start götürəcək.