Kopenhagendə “Qarabağ”ın oyununa baxmaq neçəyə başa gələcək? - Qiymətlər

kopenhagende-qarabagin-oyununa-baxmaq-neceye-basa-gelecek
Oxunma sayı: 966

Bakıda keçirilən UEFA Çempionalar Liqasının pley-off mərhələsinin ilk ev oyununda Tofiq Bəhrəmov adına Respublika Stadionu indiyə qədər görülməyən bir azarkeş coşqusuna şahid olmuşdu. İlk oyunda 1-0 qələbə qazanan “Qarabağ”ın Kopenhagendəki səfər oyununa da indidən turizm şirkətləri tur paketlər hazırlayıb.

“Qafqazinfo” “Xezerxeber.az”a istinadən xəbər verir ki, Kopenhagendə keçiriləcək cavab oyununda “Qarabağ” Azərbaycan futbol tarixində bir ilkə imza ata bilər. Elə buna görə də yazılacaq bu tarixə canlı şahid olmaq istəyənlər də çoxdur.

Təklif edilən tur paketdə azarkeşlərin qarşılanma və yola salınma, aviabilet və oyun biletləri də olmaqla hotel xərcləri də daxildir. Qiymətlər isə hotelin və stadionda yerin qiymətindən asılı olaraq dəyişir. Hotel və aviabilet birlikdə 1700 manatdan, stadionda yerlərin qiyməti isə 26 manatdan başlayır.
Kopenhagenə getmək üçün viza tələbi olduğundan oyuna getmək istəyən azarkeşlər bir neçə gün öncədən müraciət etməlidir.

Qeyd edək ki, oyun avqustun 23-də, Bakı vaxtı ilə saat 22:45 də başlayacaq.