Koreya Birjasının departament direktoru Bakıda səfərdə olacaq

koreya-birjasinin-departament-direktoru-bakida-seferde-olacaq
Oxunma sayı: 764

24-27 may tarixlərində Koreya Birjasının Biznesin qlobal inkişafı departamentinin direktoru cənab Honq-Hi Şinin başcılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdə olacaq. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, səfərin məqsədi fond bazarlarında əməkdaşlıq istiqamətlərinin müzakirəsi, təcrübə və informasiya mübadiləsi, habelə qarşılıqlı investisiya imkanlarının müəyyən edilməsidir.

Səfər çərçivəsində qonaqlar Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Bakı Fond Birjası və Milli Depozit Mərkəzində görüşlər keçirəcəklər.

Nigar Məmmədli