Koreya lideri keçmiş sevgilisini güllələtdirib

koreya-lideri-kecmis-sevgilisini-gulleletdirib
Oxunma sayı: 3113


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kim Çen İnin keçmiş sevgilisi pornoqrafiya ittihamı ilə ən ağır cəzaya məhkum olunub. 

Məlumata əsasən, müğənni və “Inxasu” orkestrinin rəhbəri olan Hyön Son Vol avqustin 17-də pornoqrafiya haqqında qanuna pozduğu üçün həbs olunaraq üç gün sonra ictimaiyyət qarşısında güllələnib. 

Qurbanlar arasında həmçinin orkestrin musiqiçiləri və digər rəqqaslar da olublar. Onlar pornoqrafik videolarını Çində satışa çıxarmaqda günahlandırılıblar. 

Kim Çen İnin müğənni Hyön Son Volla təxminən 10 il əvvəl tanış olduğu deyilir. Daha sonra indiki Koreya liderinin atası Kim Çen İrin müdaxiləsindən sonra onların yolları ayrılır. Beləliklə də müğənni başqa biri ilə ailə qurur. Lakin uzun müddət onların münasibətlərinin davam etdiyi qeyd olunur. 

Koreya liderinin indiki həyat yoldaşı Li Sol Yunun da bir vaxtlar həmin ansamblda müğənni olduğu bildirilir. Onun bu hadisə ilə əlaqəsinin olub-olmadığı isə bilinmir.