Koreyalılar Kürdəxanıda işləyəcək

koreyalilar-kurdexanida-isleyecek
Oxunma sayı: 648

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə bildirilib ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması üçün Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) və “Azərsu” ASC ümumi həll layihəsi barədə razılığa gəliblər. Layihənin maliyyələşdirilməsi üçün Koreya Hökuməti 26,18 milyon ABŞ dolları məbləğində qrant ayıracaq. Layihə üzrə qalan xərclər isə Azərbaycan hökuməti tərəfindən əlavə maliyyələşmə şəklində təmin olunacaq. Koreya tərəfinin ayırdığı qrant hesabına 2 ədəd su anbarı, nasos stansiyası, 24,8 km uzunluğunda müxtəlif diametrli su, 24,8 km uzunluğunda kanalizasiya xətti çəkiləcək. Eyni zamanda yerli mütəxəssislərin Cənubi Koreyada təlim proqramlarında iştirakı nəzərdə tutulur.

Koreyalı mütəxəssislər Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması ilə əhalinin sosial-məişət şəraitinin, Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşacağını bildiriblər. Bu layihənin ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğu vurğulanıb.
Nigar Məmmədli