Koreyalılarla spikerin Qarabağ müzakirəsi

koreyalilarla-spikerin-qarabag-muzakiresi
Oxunma sayı: 657

Trend-in məlumatına görə, bunu cümə günü Milli Məclis sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Koreya Respublikası Milli Assambleyasının sədri Pak Hi Te ilə görüşündə deyib.

Əsədov qonaqlara Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, təcavüzkar Ermənistanın BMT TŞ, AŞ PA, Avropa Parlamenti və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qərar və qətnamələrə əməl etmədiyini diqqətə çatdırıb, bu problemin təkcə Azərbaycanın deyil, bütövlükdə regionun inkişafı üçün ciddi maneə yaratdığını söyləyib.

Pak Hi Te ölkəmizdə həyata keçirilən islahatları, iqtisadi inkişafı xüsusi qeyd edib, Azərbaycanda həyat səviyyəsinin çox yüksək olduğunu bildirib. O, ölkəsinin Azərbaycan ilə münasibətlərə xüsusi önəm verdiyini diqqətə çatdırıb. Bildirib ki, Koreya Respublikası Cənubi Qafqazda yalnız Azərbaycanda səfirlik açıb. "Bu gün Koreya şirkətləri Azərbaycanda həvəslə çalışır və sərmayə qoyurlar. Bu da bizim Azərbaycana olan münasibətimizin göstəricisidir", - Pak Hi Te deyib.

Görüşdə Oqtay Əsədov Azərbaycan və Koreya respublikaları arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb, bu səfərin parlamentlərarası münasibətlərin daha da genişlənməsinə təkan verəcəyinə əmin olduğunu bildirib.

Milli Məclisin sədri deyib ki, bu günə qədər iki ölkə arasında 40-dan çox sənəd imzalanıb, 3 biznes forum keçirilib. İki ölkə arasında ticarət dövriyyəsi 2011-ci ildə əvvəlki illərlə müqayisədə 74 faiz artıb.