Koreyanın yeni səfiri BDU-da

koreyanin-yeni-sefiri-bdu-da
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, qonağı salamlayan rektor, ona yeni fəaliyyətində uğurlar arzulayıb. Səfirə universitet haqqında məlumat verən akademik Abel Məhərrəmov, BDU-nun beynəlxalq aləmə inteqrasiyasından bəhs edib. Universitetdə Koreya dili və ədəbiyyatının yüksək səviyyədə tədris edildiyini deyən rektor, bu işdə Koreyadan dəvət olunmuş müəllimlərlə yanaşı yerli müəllimlərin də xidmətini xüsusi qeyd edib. Bakı Dövlət Universiteti ilə Koreya universitetləri arasında münasibətlərdən məmnunluq ifadə edən rektor əmin olduğunu bildirib ki, səfir Çoi Suk İn bu əməkdaşlığın daha da inkişafına öz töhfələrini verəcəkdir. Rektor həmçinin universitetdə bir çox mərkəzlərin fəaliyyət göstərdiyini diqqətə çatdırıb və bu sırada Koreya mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb. Qeyd edib ki, bu mərkəz Azərbaycan və Koreya arasında əsas körpü rolunu oynaya bilər.