Koroğlu Bakıda

koroglu-bakida
Oxunma sayı: 637

Bakının Nəsimi rayonunda yerləşən Azadlıq prospektində xalq qəhrəmanı Koroğlunun abidəsi ucaldılıb. ANS PRESS-in day.az saytına istinadən verdiyi məlumata görə, Nəsimi rayon İcra Hakimiyyətinin şöbə müdiri Nazim Quliyev bildirib. O, abidənin əvvəllər Caparizdenin heykəlinin olduğu yerdə qoyulduğunu söyləyib. Abidə bir neçə gün əvvəl ucaldılıb.

"Abidənin yerləşdiyi ərazi abadlaşdırılıb. Parkın rəsmi açılışı yaxın günlərdə olacaq", - deyə N.Quliyev bildirib.