“Koroğlu” stansiyasının bir giriş-çıxışı bağlanır

koroglu-stansiyasinin-bir-giris-cixisi-baglanir
Oxunma sayı: 1709

Təmir işləri ilə əlaqədar “Koroğlu” stansiyasının bir çıxışı bağlanır.

“Qafqazinfo” “Bakı Metropoliteni" QSC-nin saytına istinadən xəbər verir ki, aprelin 21-dən stansiyanın "piramida" adlandırılan giriş-çıxışı müvəqqəti olaraq bağlanacaq. Lakin stansiyanın digər bütün giriş-çıxışları ("Alov" parkı, Nəqliyyat Mübadilə Mərkəzi, Milli Gimnastika Arenası, avtomobil dayanacağı, şəhərətrafı kənd və qəsəbələrə hərəkət edən elektrik qatarları istiqamətində) açıq olacaq.