“Koroğlu”da piyadanı maşın vurub öldürdü

korogluda-piyadani-masin-vurub-oldurdu
Oxunma sayı: 3202

Səhər saatlarında “Koroğlu” metro stansiyasının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, avtomobil yolu keçmək istəyən piyadanı vurub. Hələ ki, adı açıqlanmayan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Rəşad Türkoğlu