Körpə fidanların “Pöhrə” töhfəsi

korpe-fidanlarin-pohre-tohfesi-
Oxunma sayı: 640

ARGTMŞ-ın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, müsabiqədə Respublika ümumtəhsil məktəbləri, internat, uşaq evləri və yardımçı məktəblərin üzvləri iştirak edəcək.

Müsabiqənin münsiflər heyəti tanınmış sənətkarlar, Respublikanın xalq artistləri, professor Mənsum İbrahimov, tarzən Zamiq Əliyev, vokalist Rəna Talıbova, xoreoqraf Azərbaycanın incəsənət xadimi Rima Məmmədova və digərləridir.

İyunun 1-də ”Gənc Tamaşaçılar Teatrında ” baş tutacaq final mərhələdə hər janr üzrə 1 iştirakçı olmaqla 8 qalib müsabiqənin laureatı olacaq və 8 iştirakçı isə 2-ci dərəcəli diplomant adına layiq görüləcək. Bütün qaliblərə hədiyyələr və diplomlar təqdim olunacaq. Müsabiqənin əsas məqsəd və məramı layihədə iştirak edəcək bütün bölgələr Xankəndi, Xocavənd, Xocalı, Ağdərə, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Fizuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarından olan istedadlı uşaqların çıxışının efir vasitəsi ilə dünyaya yayımlayaraq çatdırılması mənfur ermənilərə və onların havadarlarına Azərbaycan ərazisinin bütövlüyünü bir daha nümayiş etdirməkdir.

Qeyd edək ki, “Eurovision”- 2011 müsabiqəsinin duet-qaliblərindən biri Nigar Camal, “Pöhrə” müsabiqəsinin diplomantı olmuş, o cümlədən “Eurovision” - 2009 müsabiqəsinin təmsilçisi Aysel Teymurzadə, “Muğam” festivalının bəzi qalibləri və neçə-neçə belə istedadlı gənclər bu müsabiqələrin yetirmələridirlər.