Körpənizin qızdırması var? - Həkim xəbərdarlığı

korpenizin-qizdirmasi-var
Oxunma sayı: 1650

"Son vaxtlar uşaqlar arasında yüksək qızdırma ilə müşahidə olunan xəstəlik yayılıb. Bu zaman valideynlər ard-arda dərmandan istifadə etməyə tələsməsin”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı məşhur pediatr Vaqif Qarayev yayıb. O bildirib ki, valideynlər həkimə qədər yalnız qızdırmasalıcının ilkin dozasını verə bilər:

“Bundan sonra qızdırmanın müalicəsini həkim izah edəcək. Amma əksər valideynlər istəyir ki, qızdırma bir gün ərzində normaya düşsün. Bu olmayacaq! Normaya salmağa tələsməyin.Virus bir gün ərzində məhv ola bilməz! 5-10 dəqiqə ərzində ard-arda iki dərman+bir şamdan istifadə etməyin. Yoxsa nəticədə qızdırma normadan aşağı düşəcək! Bu da əlavə problem yaradacaq”.

Günel Hacı