Korrupsiyadan axtarışda olan eks-prezident sərxoşluğa görə tutuldu

korrupsiyadan-axtarisda-olan-eks-prezident-serxosluga-gore-tutuldu
Oxunma sayı: 805

Perunun keçmiş prezidenti Alexandro Toledo ABŞ-ın Kaliforniya ştatında sərxoşluğa görə tutulub.

“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, korrupsiyaya görə axtarışda olan keçmiş başçı restoranların birində saxlanılıb. Siyasi fəaliyyətinə görə tutulmasa da, Toledo bunu rəqiblərinin tələsi kimi qələmə verib. 

Qeyd edək ki, Toledo 2001-2006-cı illərdə hakimiyyətdə olub. 2017-ci ildə isə məhkəmə korrupsiya fəaliyyətinə görə onun həbsinə qərar verib.