Korrupsiyanın qarşısını almaq üçün qanun hazırlanır

korrupsiyanin-qarsisini-almaq-ucun-qanun-hazirlanir
Oxunma sayı: 642

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, sənədi Dövlət Dumasına şəxsən Rusiya prezidenti Vladimir Putin təqdim edəcək.

Rəsmi yarışların nəticələrinə hüquqazidd müdaxiləyə qarşı qanun layihəsi “Bədən Tərbiyəsi və İdman haqqında” Qanuna düzəlişlərdən, habelə, inzibati hüquqpozmalar barədə Cinayət, Vergi Məcəllələri və Kodekslərdən ibarət olacaq. Oyunların nəticələrinə hüquqazidd müdaxilə yarışların iştirakçıları və təşkilatçılarının satın alınması, hər hansı digər vasitələrlə ədalətsiz mübarizəyə meyllilik, məsələn, danışığa getmə sayılacaq.

Danışılmış oyunların təşkilatçılarına 7 ilədək həbs cəzası, idmançılar və hakimlər üçün isə cərimələrin 300 min rubldan 1 milyon rubladək artırılması gözlənilir. Bu zaman hüquq-mühafizə orqanları belə işlərin araşdırılması zamanı dinləmə üsulundan istifadə imkanı əldə edəcəklər. Qanun layihəsi, həmçinin, danışılmış oyunun təşkilində və orada iştirakında günahı sübut olunmuş şəxslərin kənarlaşdırılmasını da nəzərdə tutur. O cümlədən, komandalar və ya federasiyalar da cəzaya məruz qala bilərlər.

Qanun layihəsində totalizatorlara da böyük diqqət ayrılacaq. İdmançılar, məşqçilər, hakimlər, federasiya nümayəndələrinə yalnız onlara heç bir aidiyyatı olmayan idman növlərinə pul qoyuluşu etmələri üçün icazə verilib. Bukmeykerlər yalnız pasportla pul qoyuluşlarını götürə və uduşları ödəyə biləcəklər. Böyük uduş təqdirində bukmeyker kontoru bu barədə vergi orqanlarına və həmin istiqamət üzrə idman federasiyasına məlumat verməlidir. Bu qaydaların pozulması təqdirində kontoru 1 milyon rubladək cərimə gözləyir.