Kosmik Məsələlər üzrə Şuranın növbəti toplantısı keçirildi

kosmik-meseleler-uzre-suranin-novbeti-toplantisi-kecirildi
Oxunma sayı: 643

İclasda Şuranın sədri akademik Arif Paşayev, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Maliyyə Nazirliyinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Ülvi Seyidzadə, “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev, Milli Aerokosmik Agentliyin direktoru Alçın Şirinzadə, RİTN-nin Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirmə(DMŞ) şöbəsinin müdiri və Kosmik məsələlər üzrə şuranın katibliyinin rəhbəri Mir-Heydər İsmayılov və “Teleradio” İB-nin texniki direktoru Mikayıl Abbasov iştirak ediblər.
Kosmik məsələlər üzrə Şuranın sədri akademik Arif Paşayev iştirakçıları salmlayaraq kosmik sənayenin yaradılmasının və ilk telekommunikasiya peykinin orbitə çıxarılmasının respublika üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etdi və bu istiqamətdə aparılan işlərə dair öz tövsiyələrini verdi.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumatlara görə, nazir Ə. Abbasov Şuranın iclasında “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın icra vəziyyəti, ilk telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması, orbital mövqelərin qeydiyyatı və koordinasiyası üzrə aparılan işlər barədə geniş məlumat verib.

Sonra “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev ilk telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması üzrə ABŞ-ın “Orbital Sciences Corporation”, Malayziyanın “Measat” və Fransanın “Arianespace” şirkətləri ilə bağlanmış müqavilələrin yerinə yetirilməsi barədə geniş təqdimatla çıxış edib.

RİTN-nin DMŞ-nin müdiri və Kosmik məsələlər üzrə şuranın katibliyinin rəhbəri Mir-Heydər İsmayılov kosmik sahədə beynəlxalq əməkdaşlığın, beynəlxalq təşkilatlara üzv olmağın və konvensiyalara qoşulmağın vacibliyini qeyd edərək bu istiqamətdə atılan addımlardan danışıb.

Nigar Məmmədli