Kosmosa lük hotel buraxılır - Qonaqlar qəbul ediləcək

kosmosa-luk-hotel-buraxilir
Oxunma sayı: 1888

“Orion Span” startapı 2021-ci ildə orbitə “Aurora Station” adlı lüks sinfə aid hotel buraxmağı, 2022-ci ildə isə qonaqları qəbul etməyi planlaşdırır.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, “Aurora Station” hotelində 12 günlük qalmanın qiyməti 9,5 milyon dollar təşkil edəcək.

Şirkət nümayəndələrinin sözlərinə görə, bu qiymətə, həmçinin üçaylıq hazırlıq proqramı, kosmik stansiyaya və əks istiqamətdə daşınma daxildir. Mehmanxanada eyni anda dörd qonaq və iki ekipaj üzvü qala biləcək.

“Aurora Station” hotelinin startap tərəfindən Hyustonda yerləşən kompleksdə yığılacağı barədə məlumat verilsə də, kompleks hələ ki hazır deyil. “Orion Span” şirkətinin rəhbəri Frank Banger bildirib ki, şirkət onu yaxın 6-9 ay ərzində tikməyi nəzərdə tutur.