Kosmosda hospital yaradılacaq

Kosmosda hospital yaradılacaq
Oxunma sayı: 483

Birləşmiş Ərəb Əmirliklərinin Səhiyyə Nazirliyi kosmosda “Emirates Space Hospital” adlı ilk xəstəxananın yaradılması ilə bağlı planlarını açıqlayıb.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, layihə ölkənin milli kosmik proqramının tərkib hissəsini təşkil edəcək. 

Nazirlik nümayəndəsi doktor Kulthum əl-Beluşi bildirib ki, kosmosda kosmonavtlara tibbi müalicə xidmətləri göstərilsə də, o, nanotexnologiyalar vasitəsilə Yerdən idarə olunacaq.

“Teletibdən hospitallarda istifadə olunmaqla yanaşı, kosmosda tətbiq olunacaq”, - o qeyd edib.

Layihənin BƏƏ-nin 2020-ci ildə Marsda missiyaya başlaması ilə eyni vaxtda istifadəyə verilməsi nəzərdə tutulur. Hospital layihəsinin əvvəlcə Yerdə sınaqdan keçirilməsi planlaşdırılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi