Kosmosdan Yerə elektrik enerjisi göndəriləcək

kosmosdan-yere-elektrik-enerjisi-gonderilecek
Oxunma sayı: 1089

Çin Kosmik Texnologiyalar Akademiyası kosmosda günəş enerjisi toplayaraq onu Yer kürəsinə göndərəcək orbital elektrostansiya texnologiyası üzərində çalışır.

“Qafqazinfo” “ICTnews”a istinadən xəbər verir ki, layihə tərtibatçılarının sözlərinə görə, yeni stansiya fotoelektrik batareyanın Yerdən yüksəkdə quraşdırılacağı ilə əlaqədar buludlu hava şəraitində də günəş enerjisindən istifadə edə biləcək.

Sınaq kompleksinin 2025-ci ilədək istifadəyə verilməsi planlaşdırılır.

Məlumata görə, hazırda kosmik elektrostansiyanın ən böyük problemi Yerə enerjinin ötürülməsi prosesi ilə bağlıdır. Alimlər tərəfindən layihənin bu hissəsi üzərində iş davam etdirilir. Plan ondan ibarətdir ki, kosmosda günəş batareyaları Günəş işığının enerjisini topladıqdan sonra elektrik enerjisini Yerə mikrodalğalı və ya lazer şüası şəklində ötürsün.

Tədqiqatçılar qeyd edir ki, kosmik elektrik enerjisi adi yerüstü vasitələrlə hasil edilən şəkildə istifadə oluna bilər. Yerə enerjinin göndərilməsi ilə yanaşı, elektrostansiya kosmik, hərbi və ya tədqiqat missiyalarını həyata keçirə bilər.