Kosova ordusu yaradıldı - Fotolar

kosova-ordusu-yaradildi
Oxunma sayı: 2056

Kosova Təhlükəsizlik Qüvvələri (FSK) orduya çevrilib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə qanun layihəsi parlamentdə qəbul edildikdən sonra paytaxt Priştinada rəsmi dövlət mərasimi təşkil edilib.

Kosova himinin oxunmasından sonra ölkə prezidenti və Ali Baş komandan Haşim Taçi çıxış edib. O, ordunun din və etnik mənsubiyyət ayrı-seçkliyi etmədən bütün Kosovaya xidmət edəcəyini bildirib:

“Ordunun təməli Kosova Qurtuluş Ordusunun apardığı döyüşlərdə qoyulub. Bu gün illkər öncə başladılan proses yekunlaşdı. Ordumuz NATO və digər müttəfiqlərlə əməkdaşlıq və koordinasiya çərçivəsində fəaliyyətini həyata keçirəcək”.

Qeyd edək ki, hazırda Kosova ordusunda 2500 əsgər xidmət aparır. Yaxın zamanlarda sayı 5 minə çatdırılacağı bildirilir.