Kosovada partiya lideri öldürülüb

kosovada-partiya-lideri-oldurulub
Oxunma sayı: 747

Kosova serblərinin liderlərindən olan, Kosovo və Metoxiya işləri üzrə keçmiş nazir müavini Oliver İvanoviç öldürülüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, siyasətçiyə lideri olduğu “Azadlıq, demokratiya, ədalət” partiyasının ofisinin qarşısında sui-qəsd təşkil edilib. İvanoviç baş güllə yarası alıb. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.