Kosovo- Azərbaycan oyununun hakimləri açıqlandı

kosovo-azerbaycan-oyununun-hakimleri-aciqlandi
Oxunma sayı: 2286

Millətlər Liqasının 6-cı turunda keçiriləcək Kosovo- Azərbaycan oyununa hakim təyinatları açıqlanıb. 

“Qafqazinfo”nun UEFA-nın saytına istinadən verdiyi xəbərə görə, görüşü fransalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Benua Millot olacaq. Ona Mehdi Rahmouni və Bertran Juanno kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi Bencamin Paje, əlavə köməkçilər isə Frank Şneyderlə Karim Abed olacaq.

Qeyd edək ki, noyabrın 20-də Priştina şəhərində keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.