Kosta-Rikada prokuror güllələnib

kosta-rikada-prokuror-gullelenib
Oxunma sayı: 779

Kosta-Rikanın Erediya şəhərinin prokroru Hans Marvin güllələnib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə Prokurorluğu məlumat yayıb.

Məlumata əsasən, hadisə prokuror işdən evə qayıdan zaman baş verib. Onun 6 güllə yarası aldığı bildirilir.

Baş prokuror Emiliya Navas gələcəkdə belə hadisələrin baş verməməsi üçün bütün lazımi tədbirlərin görüləcəyini söyləyib.