Kosta Rikanın Azərbaycanda səfirliyi açıldı - Fotolar

kosta-rikanin-azerbaycanda-sefirliyi-acildi
Oxunma sayı: 1094

Bu gün Kosta Rikanın Azərbaycandakı səfirliyinin açılış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzales Sanz və Azərbaycanın xarici işlər nazirinin müavini Nadir Hüseynov, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Jurnalistlərə müsahibə verən Manuel Qonzalez Sanz Kosta Rikanın Bakıda səfirliyinin açılmasının ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm rol oynayacağını bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir ölkəsinin problemin sülh yolu ilə ədalətli həllini dəstəklədiyini söyləyib: “Dünyadakı bütün münaqişələr sülh yolu ilə həll olunmalıdır”.