Koutinyo icarəyə verildi - “Bavariya”ya

koutinyo-icareye-verildi
Oxunma sayı: 1685

“Barselona” Filipe Koutinyonu icarəyə verib.

“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, kataloniyalılar braziliyalı yarımmüdafiəçini Münhen “Bayern”inə bir ilik icarəyə verib.
 
“Marca”nın məlumatına görə, “Bayern” 15-20 milyon avro icarə qiyməti ödəyib. Müqavilənin şərtlərinə 120 milyon avroluq satın alma şərti əlavə edilib.
 
“Barselona” 26 yaşlı futbolçunu 2018-ci ilin yanvarında “Liverpul”dan 145 milyon avroya transfer edib. Koutinyo ötən mövsüm 54 oyuna 11 qol vurub, 5 assist edib.