Kral ailəsində 700 il sonra ilk

kral-ailesinde-700-il-sonra-ilk
Oxunma sayı: 1881

Britaniya krallığının hersoginyası Keyt Midltonun üçüncü hamiləliyi ilə bağlı maraqlı iddia ortaya atılıb.

“Qafqazinfo” xəbər verir ki, 2 uşaq anası olan Middltonun bu dəfə əkiz gözlədiyi bildirilir. İngiltərə və Avstraliya KİV-lərində gedən xəbərlərdə qeyd edilir ki, məlumat saraya yaxın mənbələr tərəfindən yayılıb. İddialara görə, körpələrin biri qızı, digəri oğlandır. O da vurğulanır ki, ailə deyildiyi kimi əkiz körpələrə sahib olarsa, bu, krallıq tarixində 700 il sonra ilk olacaq. Eyni zamanda, bu durum taxt sıralamasında da dəyişikliyə yol açacaq. 

Aysel Kərimova